Gənclik metrosuna yaxın,
Ayna Sultanova heykəli yaxınlığında, şəhərin infrastruktur baxımından ən əlverişli ərazilərindən birində yerləşən 2 otaqlı, yeni təmirli və tam əşyalı mənzil kirayə verilir.
Mənzildə az yaşayış olunub, istilik sistemi kombi, hər otaqda ayrıca kondisioner, həmçinin su filtri mövcuddur.
Mənzilin yerləşdiyi ərazidə bütün zəruri infrastruktur piyada məsafəsindədir:
Məktəb və bağçalar
Kollec və universitetlər
Xəstəxana və poliklinikalar
Atatürk Parkı
Gənclik metrosu
İstanbul NS
Bina və həyət baxımlı və yaxşı vəziyyətdədir. Parking mövcuddur. Mənzilin pəncərələri bina həyətinə baxır, buna görə küçə səs-küyündən uzaq və sakitdir.
Mənzilin giriş qapısının yanında əşyaların saxlanılması üçün əlavə saxlanc hissəsi də mövcuddur.
Mənzil həm rahat yerləşməsi, həm də yeni təmiri və əşyaları ilə uzunmüddətli yaşayış üçün ideal seçimdir.